Ermənistanın 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti məhv edilib -VİDEO

Ermənistanın 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti məhv edilib -VİDEO

Ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun özü üçün ağır nəticələrə səbəb oldu.

APA xəbər verir ki, bu hadisə bir neçə parametr üzrə Ermənistanın itkisi kimi qəbul edilməlidir:

Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Onlar Azərbaycanln təhlükəsizliyinə təhdid yaradırdı. Bu obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt lazımdır.

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan iki S-300 raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistan hərbçiləri arasında yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur.

Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × two =