Ermənistanın SƏRHƏD TƏXRİBATI: Paşinyan nə etmək istəyir?

Ermənistanın SƏRHƏD TƏXRİBATI: Paşinyan nə etmək istəyir?



Birincisi, Brüssel razılaşmasının icrasından yayınmaq: sülh sazişinin mətni üzərində işləyən işçi qruplar bir ay müddətində yaradılmalıdır; Ermənistan sərhəddə gərginliklə Azərbaycanı qarşıdurmaya sövq etmək, razılaşmanın praktiki mərhələdə icrasını uzatmaq istəyir;

İkincisi, Paşinyan “beynəlxalq müşahidəçi” təklifini yenidən aktuallaşdırmaq niyyətindədir: Laçın-Kəlbəcər istiqamətindəki sərhədin müəyyən edilməsinə qarşı çıxan erməni baş nazir bu bölgəyə üçüncü qüvvələrin “beynəlxalq müşahidəçi” adı altında yerləşdirilməsini təklif edirdi; Brüssel görüşündən sonra sərhədin bu istiqamətində gərginliyin yaradılması “beynəlxalq müşahidəçi” təklifinə əsas yaratmağa da hesablanıb; bununla sərhəd məsələsinin həl ediləcəyi Moskva masasında əlini gücləndirmək istəyir;

Proseslər sərhəddə gərginliyin genişlənə biləcəyi gözləntisini də artırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twenty + 8 =