Finlandiya XİN: “PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq”

Finlandiya XİN: “PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq”

“PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

Nazir ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.

“Türkiyə tərəfindən bildirilən şəxslər və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik”, – Haavisto vurğulayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eleven + six =