Fransada 3 200 ha meşə sahəsi yanıb

Fransada 3 200 ha meşə sahəsi yanıb

Fransanın cənubunda yerləşən Gironde əyalətində 3 min 200 hektar meşə sahəsi yanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumat əyalətin valiliyinin internet resursunda dərc olunub.

Bildirilib ki, ərazidən 800 nəfər təxliyə edilib.

Yanğının söndürülməsinə minə yaxın yanğınsöndürən cəlb olunub.

Yanğın davam edir.

Xatırladaq ki, daha əvvəl sentyabrın 12-də Gironde əyalətində Saumos meşəliyi yaxınlığında yanğın nəticəsində 4 ev yararsız vəziyyətə düşüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven − four =