General-mayor Baqiri: Müqəddəs müdafiə faktlarını göstərmək İran xalqının haqlı olduğunu sübut etmək üçün kifayətdir

General-mayor Baqiri: Müqəddəs müdafiə faktlarını göstərmək İran xalqının haqlı olduğunu sübut etmək üçün kifayətdir

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: Biz müqəddəs müdafiənin həqiqətini yaxşı və dəqiq göstərməliyik və bu faktlar İran millətinin haqlılığını sübut etmək üçün kifayətdir.

“Müqəddəs Müdafiədə Elm və Texnologiyanın Rolu” üzrə Milli Konfransın Siyasət Şurasının ilk iclasında İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqiri bu elmi tədbirin keçirilməsinin fəlsəfəsi ilə bağlı açıqlama verib.

İran xalqının və ölkənin tarixində müqəddəs müdafiə hadisəsi son dərəcə mühüm və o qədər böyükdür ki, İslam İnqilabının Ali Rəhbəri onu bir xəzinə kimi qeyd edir ki, indiyə qədər onun kiçik bir hissəsi aşkar edilib çıxarılıb.

O, müqəddəs müdafiənin İran xalqını qürurlandırdığını vurğulayaraq əlavə edib:

 İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: Necə ki, İran və Rusiya arasında Qafqaz regionu və digər bölgələrdə müharibələrin tarixi Türkmənçay və Gülüstan müqavilələrinin bağlanmasına və iki əsrə yaxın İran xalqının başıaşağı olmasına səbəb olub, müqəddəs müdafiə hadisəsi də iki əsr İran xalqının qüruruna səbəb olmalıdır.

General-mayor Baqiri deyibi: Ali Məqamlı rəhbər həmişə israr edir ki, müqəddəs müdafiə ilə bağlı məsələlər müxtəlif aspektlərdən araşdırılarkən təhrif, mübaliğə və manipulyasiyadan uzaq olmaq lazımdır.

O, müqəddəs müdafiənin reallığının böyüklüyünü və şəffaflığını vurğulayaraq bəyan edib: Biz faktları şişirtməməli və təhrif etməməliyik. Biz müqəddəs müdafiənin həqiqətini dəqiq və olduğu kimi göstərməliyik və bu faktlar İran millətinin haqlılığını sübut etmək üçün kifayətdir.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib:

İndiyədək gənclərimizin milli ruhunun qorunub saxlanılması və təkmilləşdirilməsi üçün öz yerində çox mühüm və dəyərli olan müqəddəs müdafiənin emosional rəvayətləri və xatirələri sahəsində yaxşı işlər görülüb.

 Amma daha az müzakirə olunan məsələlərdən biri də müqəddəs müdafiədə elm və texnologiyanın rolunun araşdırılmasıdır.

O, düşmənlərin müharibə zamanı çoxlu sayda insanın minalanmış sahəyə girərək son dərəcə böyük itkilərlə düşmənin müdafiə xəttini yarması barədə təbliğatına toxunaraq deyib:

Düşmənlərin təbliğ etdiyinin əksinə olaraq müqəddəs müdafiədə düşüncə və plandan, elmdən və bilikdən istifadə edilmişdir və bunu izah etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − eleven =