Gürcüstan Baş naziri Filip Rikeri qəbul edib

Gürcüstan Baş naziri Filip Rikeri qəbul edib

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İrakli Qaribaşvili “Twitter“də paylaşımında bildirib.

O qeyd edib ki, görüş zamanı regional dinamika, Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı və ABŞ-ın regionda və ondan kənarda sülhün, demokratiyanın və inkişafın təşviq edilməsindəki həyati roluna dair müzakirələr aparılıb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ukraynada davam edən müharibə, onun regionda və dünyada yaratdığı mürəkkəb təhlükəsizlik mühiti barəsində danışıblar. Qeyd olunub ki, söhbət zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də diqqət yetirilib. Baş nazir İrakli Qaribaşvili münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Gürcüstan Baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saxlanılmış ermənilərin və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair əldə edilmiş razılaşmaya da toxunulub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

16 − 14 =