HƏMAS beynəlxalq ictimaiyyəti sionist təcavüzünü dayandırmağa çağırır

HƏMAS beynəlxalq ictimaiyyəti sionist təcavüzünü dayandırmağa çağırır

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) beynəlxalq ictimaiyyəti sionistlərin işğal olunmuş Qüds şəhərində təcavüzünün dayandırılması üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.

HƏMAS hərəkatı Şərqi Qüdsün müvəqqəti sionist rejimə ilhaqının əllibeşinci ildönümü münasibətilə bəyanat yayıb və bu bəyanatda bu rejimin işğal olunmuş Qüdsdəki təcavüzünə son qoyulmasını istəyib.

27 iyun 1967-ci il Sionist rejimin Knesseti (parlamenti) Şərqi Qüdsün bu rejimə birləşdirilməsi planı ilə razılaşmış və beləliklə, Şərqi Qüds siyasi və inzibati cəhətdən bu rejim tərəfindən işğal olunmuşdur.

HƏMAS-ın bəyanatında deyilir:

 İşğalçı rejimin cinayətlərinin, Qüdsün, İslam və Xristianlara məxsus müqəddəs məkanlara təcavüzün, şəhərsalma və yəhudiləşdirilmə siyasətinin dayandırılması üçün beynəlxalq ictimaiyyət məsələyə məsuliyyətlə yanaşmalıdır.”

Rəy Əl-Yəvm-in verdiyi məlumata görə, bəyanatda həmçinin, qeyd olunub ki, Qüds tarixi Fələstin torpağının ayrılmaz bir hissəsidir və Məscidül-Əqsa onun qəlbidir. İşğalçı rejimin orada heç bir suverenliyi və qanuniliyi yoxdur.

Onun Qüdsün ərəb və islami kimliyini və simasını məhv etmək səyləri heç vaxt uğur qazanmayacaq və Qüds Fələstinin əbədi paytaxtı olaraq qalacaq.

Həmas həmçinin, ərəb və İslam ümmətini Fələstin xalqının sabitliyini və öz hüquqlarını bərpa etmək və azad etmək üçün mübarizəsini gücləndirmək istiqamətində Qüds və Məscidül-Əqsaya yönəlmiş siyasi, diplomatik, media və humanitar hərəkatlarda iştirak etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

18 + 9 =