HƏMAS-ın yüksək səviyyəli sionist komandirinin yaralanmasına reaksiyası

HƏMAS-ın yüksək səviyyəli sionist komandirinin yaralanmasına reaksiyası

Həmas sözçüsü sionist rejimin ali komandirinin fələstinli döyüşçülərin atəşə tutulması zamanı yaralanmasına cavab olaraq bildirib ki, silahlı müqavimət davam etməlidir.

Həmas sözçüsü Fövzi Bərhum bu gün (cümə axşamı) İordan çayının qərb sahilində yüksək səviyyəli sionist komandirin yaralanmasına reaksiya verib.

“Əl-Amed”in verdiyi məlumata görə, o, Nablus xalqına və onun müqavimətinə salamlarını çatdırarkən deyib ki, Cənindən Nablusa gedən silahlı müqavimət yolu sübut edir ki, İordan çayının qərb sahilinin bütün kənd və şəhərlərində işğalçı İsrail rejimi ilə daimi, hərtərəfli və qeyri-məhdud qarşıdurma davam etməli və artırılmalıdır.

Bərhum bu mübarizənin məqsədinin Fələstin torpaqlarının tam azad edilməsinə qədər işğalçı rejimin fitnələri ilə mübarizə aparmaq və onu geri oturtmağıq, həmçinin, məqsədlərinin reallaşmasının qarşısını almaq olduğunu bildirib.

O, əlavə edib: Sionist rejimin yüksək səviyyəli komandir və bir sıra mühacirlərin fələstinli döyüşçülərin güllələri ilə yaralanmasını etiraf etməsi müqavimətin düşmən sıralarına zərər vurmaq, bu rejimə qarşı yeni döyüş qaydaları tətbiq etmək və gücləndirmək qabiliyyətinə işarə edir.

Dünən gecə (çərşənbə gecəsi) yüzlərlə sionist İordan çayının qərb sahilinin Nablus şəhərində həzrət Yusifin (ə) qəbrinə basqın etdilər və bu yerə çatan kimi fələstinli döyüşçülər tərəfindən güllələndilər.

Sionist mediasının məlumatına görə, bu atışmada sionist ordusunda “Əs-Samara” briqadasının komandiri (Yudas və Samarra sionistlərin İordan çayının qərb sahili üçün işlətdiyi saxta addır) “Roi Zweig” və üç sakin yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 × two =