HƏMAS Oslo razılaşmasını ləğv etməyi tələb edir: Son 48 saatda 36 müqavimət əməliyyatı

HƏMAS Oslo razılaşmasını ləğv etməyi tələb edir: Son 48 saatda 36 müqavimət əməliyyatı

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS Oslo razılaşmasının imzalanmasının ildönümü ilə bağlı bəyanat yayaraq, Fələstin Muxtariyyət təşkilatlardan sionistlərlə bu mənfur müqavilənin ləğvini elan etmələrini istəyib.

Şahab News saytının məlumatına görə, HƏMAS Oslo razılaşmasının imzalanmasının ildönümü ilə bağlı bəyanat yayaraq, Fələstin Muxtariyyət təşkilatlardan sionistlərlə bu məşum müqavilənin ləğvini elan etmələrini istəyib.

HƏMAS hərəkatı bu bəyanatında İordan çayının qərb sahilində sionist rejimə qarşı hərtərəfli və geniş müqavimətin davam etməsinə, həmçinin fələstinli məhbusların bu rejimin həbsxanalarında apardığı mübarizəyə işarə edib və vurğulayıb: Bu hadisələr Fələstin xalqının əsas seçiminin bütün formalarda müqavimət variantı olması faktını göstərir.

HƏMAS hərəkatı həmçinin Fələstin rəhbərliyindən mənfur Oslo razılaşmasının imzalanmasının 29-cu ildönümündə sionist rejimlə razılaşmanı ləğv etməyi və sionistlərlə təhlükəsizlik və iqtisadi əməkdaşlığı dayandırmağı tələb edib.

HƏMAS həm də sionist rejimi tanımamaqla bağlı Muxtariyyət təşkilatının təcili addım atmasının vacibliyini vurğulayıb.

Sionist ordu İordan çayının qərb sahilindəki son əməliyyatlarının bəzilərində pilotsuz təyyarələrdən istifadə etdiyini açıqlayıb. Sionist rejim televiziyasının 12-ci kanalı vurğulayıb ki, bu rejim ordusu son vaxtlar İordan çayının qərb sahilində, o cümlədən, Cənin və Nablus şəhərlərində bəzi hərbi əməliyyatlarında silahlı və raket daşıyan pilotsuz təyyarələrdən istifadə edib.

İsrail ordusu bu pilotsuz uçan aparatların silahlı olduğunu, lakin hücum etmədiklərini, lakin lazım olduqda bunu edəcəklərini bildirib.

Bu arada, ibranidilli media bu yaxınlarda İsrail ordusunun İordan çayının qərb sahilindəki əməliyyatları zamanı öz qüvvələrinə pilotsuz təyyarələrdən istifadə öyrətdiyini və onlardan İsrail əsgərləri üçün risk yarada biləcək bəzi mürəkkəb əməliyyatlarda istifadə etməyi planlaşdırdığını açıqlayıb.

Digər tərəfdən, fələstinli mənbələr son 48 saat ərzində işğal olunmuş ərazilərdə fələstinlilər tərəfindən onlarla müqavimət əməliyyatı həyata keçirildiyini bildirib. Hurriyyə News bu barədə yaydığı xəbərdə son 48 saat ərzində 3-ü atışma olmaqla ümumilikdə 36 müqavimət əməliyyatı keçirildiyini, bu əməliyyatlarda 3 sionistin yaralandığını yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen + eighteen =