Həşdi Şəbi terrorçuların Ərbəin zəvvarlarına qarşı terror planı alt-üst etdi

Həşdi Şəbi terrorçuların Ərbəin zəvvarlarına qarşı terror planı alt-üst etdi

İraq mediası Həşdi Şəbi qüvvələrinin İraqın dörd vilayətində terrorçuların Ərbəin zəvvarlarına hücum planının qarşısını almaqda uğur qazandığını bildirib.

Dəclə şəbəkəsinin məlumatına görə, İraq Xalq Səfərbərliyi bir bəyanatda bildirib: Sentyabrın 8-i, (cümə axşamı) səhər saat birdə Həşdi Şəbi qərargahının rəhbərinin nəzarəti altında məlumatlandırma səyləri və diqqətli təqib və məhkəmə təsdiqini aldıqdan sonra Xalq Səfərbərliyi qəhrəmanları “Ləbbeykə Ya Hüseyn” nidası ilə “İkinci çəkindirici əməliyyat” adı altında genişmiqyaslı qabaqlayıcı əməliyyatın həyata keçirilməsinə başlayıb.

Bu bəyanatda deyilir: Bu əməliyyat zamanı Baas Partiyası terrorçularının “Kərbəla”, “Babil”, “Əl-Musənna”, “Əl-Divaniyyə” kimi dörd vilayətində ölkəmizin təhlükəsizliyinə və Ərbəin ziyarətinə qarşı həyata keçirməyə çalışdıqları düşmənçilik planının qarşısı alınıb.

Həşdi Şəbi daha sonra bildirib ki, Həşdi Şaabi qəhrəman qüvvələri bu şəbəkəni məhv edib və həbs olunan şəxslərə qarşı qanun çərçivəsində tədbir görüləcək.

Terrorla mübarizə sahəsində böyük təcrübə toplayan Həşdi Şəbi qüvvələri imam Hüseynin (ə) Ərbəin zəvvarlarının təhlükəsizlik planının həyata keçirilməsində İraq təhlükəsizlik qüvvələrinə köməklik göstərib və İraqın müxtəlif əyalətlərində bir sıra qabaqlayıcı əməliyyatlar həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

five × four =