Həştərxan qubernatoru: “Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir”

Həştərxan qubernatoru: “Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir”

“Bu gün biz gəmiqayırma, əmtəə mübadiləsi, kənd təsərrüfatı məhsullarının emalının və dəmir yolu daşımalarının təşkili, dəniz nəqliyyatı sahəsində perspektivli layihələrin həyata keçirilməsi istiqamətində fəal iş görürük”.

Bunu Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Report” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik:

– Ötən ilin sonunda Həştərxan vilayəti və Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Bu proqramın icrası necə gedir?

– Proqramın icrası çox uğurla davam edir, Azərbaycandan olan tərəfdaşlarımızla fəal qarşılıqlı fəaliyyət mərhələsindəyik. Bildiyiniz kimi ötən ilin dekabrında açılışı olan Həştərxan Biznes Mərkəzi Bakıda fəal iş görür. May ayında Azərbaycan Prezidenti ilə görüşdə Bakı ilə Həştərxan arasında qardaşlaşma haqqında sazişin imzalanmasını nəzərdən keçirmək haqqında razılıq əldə etdik.

Bu gün biz gəmiqayırma, əmtəə mübadiləsi, kənd təsərrüfatı məhsullarının emalının və dəmir yolu daşımalarının təşkili, dəniz nəqliyyatı sahəsində perspektivli layihələrin həyata keçirilməsi istiqamətində fəal iş görürük. Bu gün bütün bunlar mövcud vəziyyətə uyğun olaraq aktiv mərhələdədir.

– Həştərxan vilayətində müasir kənd təsərrüfatı komplekslərinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına Azərbaycan investisiyasının cəlb edilməsi və stimullaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

– Biz hələ də “ümumrusiya bağı” hesab olunuruq. Ötən il ölkə üzrə meyvə-tərəvəzin becərilməsi və yığılması üzrə birinci yeri tutmuşuq. Təbii ki, bu gün əsas istiqamət kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin təşkilidir. Tərəfdaşlarımızla kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və burada emal müəssisələrinin təşkili üçün Həştərxan vilayətinə investisiyaların yatırılmasını müzakirə və təşviq edirik. Hazırda kifayət qədər aktiv şəkildə danışıqlar aparılır. Bir sıra istiqamətlər var ki, biz strateji tərəfdaşlarımızla birlikdə torpaq sahələrini seçir və investisiya müqavilələrinin şərtlərini nəzərdən keçiririk.

– Həştərxan vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının daha çox inkişafı üçün hansı imkanlar var?

– İndi dəqiq rəqəmi deyə bilməyəcəyəm, lakin hazırda Həştərxan vilayəti ilə Bakı arasında ticarət dövriyyəsinin artımını müşahidə edirik. Ənənəvi olaraq Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir. Hazırda Volqa-Xəzər kanalı, dəmir yolu, avtomobil yolu ilə tranzit marşrutları Həştərxan vilayətinin ərazisindən keçir.

Vilayətimizin ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət-logistika mərkəzi təşkil olunub ki, onun vasitəsilə meyvə-tərəvəz tranziti həyata keçirilir.

– Azərbaycan və Həştərxan gəmiqayırma müəssisələri arasında danışıqlar hansı mərhələdədir? Ortaq layihələr varmı?

– Hazırda biz birgə layihələr üzərində işləyirik. Söhbət gəmilərin birgə tikintisi sahəsində Həştərxan və Azərbaycanın gəmiqayırma müəssisələri arasında əməkdaşlıqdan gedir. Bizim Həştərxan gəmiqayırma zavodlarında bir neçə yükdaşıma gəmisinin sifarişi perspektivlərimiz yüksəkdir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

8 + fifteen =