Haitidə bir həftə ərzində bandalar arasında toqquşma zamanı 90-a yaxın insan öldürülüb

Haitidə bir həftə ərzində bandalar arasında toqquşma zamanı 90-a yaxın insan öldürülüb

Haitidə bir həftə ərzində azı 89 nəfər bandalar arasında toqquşmaların qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq müdafiəçilərinin məlumatlarına istinadən məlumat yayıb.

Daha 16 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, ötən həftə Haitinin paytaxtı Port-o-Prins şəhərində bandalar arasında toqquşmalar intensivləşib. Nəticədə yüzlərlə yerli sakin evlərində gizlənməyə məcbur olub.

Xatırladaq ki, BMT agentlikləri 2021-ci il iyulun 7-nə keçən gecə Prezident Jovenel Moisenin öldürülməsindən, həmçinin həmin ilin avqustunda 2,2 min nəfərdən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar vəziyyətin pisləşməsi ilə bağlı məlumat yaymışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seventeen + five =