II Yelizaveta xəstəxanaya yerləşdirildi

II Yelizaveta xəstəxanaya yerləşdirildi

Publika.az xəbər verir ki, bu barədə Bukingem sarayından məlumat verilib.

“Bu səhər əlavə müayinədən sonra kraliçanın həkimləri onun səhhətindən narahat olublar və ona həkim nəzarətində qalmağı tövsiyə ediblər. Kraliça özünü hazırda rahat hiss edir”, – məlumatda qeyd olunub.

“Skay Nyus” kanalı şahzadə Çarlz və şahzadə Uilyamın təcili olaraq hazırda kraliçanın qaldığı Şotlandiyadakı Balmoral qəsrinə yollandıqlarını bildirib.

“Uels şahzadəsi Çarlz, Kornoul hersoginyası Kamilla Balmorala yollanıblar. Kembric şahzadəsi Uilyam da Balmorala gedir”, – məlumatda bildirilib.

Baş nazir Liz Trass da bəyan edib ki, bütün Britaniya kraliçanın səhhətilə bağlı xəbərlərdən narahatdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fourteen + one =