III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olunub

III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olunub

III Çarlz rəsmi şəkildə Böyük Britaniyanın Kralı elan olunub.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilib ki, III Çarlzın kral elan olunması mərasimi Londonda Sent-Ceyms sarayında keçirilib.

Tədbir iki hissədən ibarət olub.

Qeyd edək ki, III Çarlz Filipp Artur Georq Mountbatten-Vindzor 1948-ci il noyabrın 14-də Londonda Bukingem sarayında anadan olub.  O, Edinburq hersoqinası mərhum şahzadə Elizabet və Edinburq hersoqu şahzadə Filipin ilk övladı, Kraliça Elizabetlə VI Georqun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Çarlz (doğma babası), Norveç Kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, şahzadə Viktoriya, xanım Brebon və Devid Bouz-Layon olub. Hökmdarın qızının övladı olduğuna görə Çarlza Britaniya şahzadəsi və zati-aliləri titulları verilməmişdi. 

Çarlz üç yaşında olanda anasını varisi elan olunub. O, mərhum kraliçanın böyük oğlu olduğundan birbaşa Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol hersoqu, Rotsey hersoqu, Kerrik qrafı, Renfru baronu, Adalar lordu və Şotlandiya şahzadəsi oldu.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

6 − 5 =