İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub (FOTO)

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri təşkil olunub (FOTO)

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fifteen − nine =