İraq ordusu Ərbəin zəvvarlarının marşururu üzərində yerləşdirilib-Foto

İraq ordusu Ərbəin zəvvarlarının marşururu üzərində yerləşdirilib-Foto

Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün İraq ordusu zəvvarların marşrutları üzərində yerləşdirilib.

İraqın rəsmi xəbər agentliyi ölkə ordusunun Ərbəin zəvvarlarının marşrutuna nəzarət üçün yerləşdirildiyini bildirib.

İraq ordusunun geniş şəkildə yerləşdirilməsində məqsəd İmam Hüseynin (ə) Ərbəin ziyarətinə qədərki yaxın günlərdə zəvvarların təhlükəsizliyini təmin etməkdir.

Ötən şənbə günü İraqın Həşdi Şəbi Təşkilatının 110-cu Diviziyası iranlı zəvvarların Kərbəla vilayətinə gedən yolunun təhlükəsizlik planını öz üzərinə götürdüyünü açıqlayıb.

Həşdi Şəbi Təşkilatının 110-cu Diviziyasının komandanı Zahir Həbib Əl-Məndəlavi Səfəq News-a deyib: “110-cu Diviziyanın 500-dən çox həbçisi Ordusunun minlərlə digər qüvvələri ilə birlikdə iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsi planında iştirak edir.”

O, təhlükəsizliyin təmin edilməsinin Xanəqin sərhədlərindən “Humrəyn hövzəsi”nə qədər davam etdiyini bildirərək elan etdi: “Bu plana zəvvarların karvanlarının müşayiəti və Əl-Munzəriyə marşrutu boyunca Miqdadiyə şəhərinin ətrafına qədər təhlükəsizlik patrullarının yaradılması daxildir.”

Bu Həşd Şəbi komandiri həmçinin bildirib ki, bu plan Ərbəin mərasiminin sonuna qədər və digər təhlükəsizlik qurumları ilə mütəşəkkil koordinasiya ilə davam edəcək.

İran İslam Respublikası və İraq bu yaxınlarda iranlı zəvvarların gündəlik və bir neçə yeni tarixdə gəlişinin təşkili üçün saziş və mexanizm imzalayıblar.

Bununla əlaqədar olaraq, İraq Gömrük Təşkilatının direktoru Əla Əl-Qeysi iki həftə əvvəl cümə günü elan edib ki, 44 mindən çox iranlı zəvvar Zərbatiyyə (Mehran) və Şələmçeh sərhədindən ölkəyə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × 2 =