İraq və ölkənin müdafiə nazirləri Kərbəla və Nəcəf Əşrəfə gəlib

İraq və ölkənin müdafiə nazirləri Kərbəla və Nəcəf Əşrəfə gəlib

Bu gün İraq və ölkənin müdafiə nazirləri imam Hüseynin (ə) Ərbəin ziyarəti planının icrası ilə bağlı yaxından məlumatlı olmaq üçün eyni vaxtda Kərbəla və Nəcəf Əşrəf şəhərlərinə daxil olublar.

Middle East News-a istinadən veriləm məlumata görə, İraqın müdafiə naziri Cümə Ənad Sədun Ərbəin mərasimini icrası planını nəzərdən keçirmək üçün yüksək rütbəli bir heyət şəklində Kərbəlaya daxil olub.

İraq Müdafiə Nazirliyinin komandir və zabitlərindən ibarət bu heyət Kərbəla şəhərinin meri Nəsif Əl-Xəttabi ilə görüşüb və imam Hüseyninin (ə) Ərbəin ziyarət planının icrası barədə danışıb.

Bu gün daxili işlər naziri “Osman Əl-Qanami” və İraqın Birgə Əməliyyatlar Qərargahı komandirinin müavini Əbdüləmir Əl-Şəmmarinin başçılıq etdiyi yüksək səviyyəli təhlükəsizlik heyəti Nəcəf Əşrəf vilayətinə gəlib.

Bu təhlükəsizlik heyətinin səfərinin məqsədi imam Hüseynin (ə) Ərbəin ziyarət planının icrasına nəzarət etmək və məlumatlandırmaq və bu ziyarətlə bağlı ehtiyacları təmin etməkdir.

Əl-Şəmmari vurğulayıb ki, imam Hüseynin (ə) Ərbəin ziyarət ilə bağlı bütün ehtiyaclar, o cümlədən, hərbi qüvvələrin gücləndirilməsi və kəşfiyyat səyləri təmin edilib.

İraqın daxili işlər naziri Əl-Qanami Ərbəin mərasimi ilə bağlı keçirilən xüsusi iclasın nəticələrini daha əvvəl açıqlamışdı: “Bizim bütün səylərimiz Ərbəin mərasiminin hamının iştirakı və bir neçə nazirliyin səyi ilə keçirilməsi üçün lazım olan bütün xidmətləri təmin etməkdir və biz buna mane olan heç bir davranışa icazə verməyəcəyik.”

Əl-Qanami əlavə edib: Bu məqsədlə biz zəvvarlara xidmət göstərilməsi istiqamətində lazımi təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə etmək üçün xüsusi iclas keçirdik.

İraqın daxili işlər naziri iş bölgüsünə toxunaraq qeyd edib: Bu milyon nəfərlik mərasimin başlanması ilə xidmət təminatçılarının hərtərəfli və əvvəlcədən müəyyən edilmiş koordinasiyası həyata keçiriləcək.

Əl-Qanami deyib: Bu görüşdə sərhəd-keçid məntəqələrinin fəaliyyəti və zəvvarların Kərbəlaya marşrutları, həmçinin zəvvarların hava yolu ilə gəlişi müzakirə edilib və fikir mübadiləsi aparılıb, mövcud problemlər araşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

sixteen − 10 =