İraqda İŞİD-in 11 terrorçusu məhv edilib

İraqda İŞİD-in 11 terrorçusu məhv edilib

İraq təhlükəsizlik qüvvələri İŞİD-in 11 terrorçusunu məhv edib.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Silahlılar Ənbar və Diyala əyalətlərində antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.

Əməliyyatı ölkənin daxili işlər və müdafiə nazirlikləri birgə aviasiyanın dəstəyi ilə həyata keçirib.

2017-ci ildə İraq hökuməti İŞİD üzərində qələbəni elan etsə də, qruplaşma üzvləri Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar əyalətlərində kəndlərə hücumları davam etdirir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 + 2 =