İraqın şimalındakı türk bazalarına pilotsuz təyyarələrin hücumu anı

İraqın şimalındakı türk bazalarına pilotsuz təyyarələrin hücumu anı

İraqda Osmanlı hökumətinin qurulmasına icazə verməyəcəyini vurğulayan yeni qurulan İraq qruplaşması, İraqın şimalında iki türk bazasına pilotsuz təyyarələrin hücumu anını əks etdirən video yayımlayıb.

İraqın “Seraya Əbabil” kimi tanınan qruplaşması çərşənbə axşamı gecə saatlarında bir video yayımlayaraq, İraqın şimalındakı türk bazalarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İraq mətbuatının məlumatına görə, bu hücum “Murad 6” pilotsuz təyyarələri ilə Şimali İraqdakı “Siri” və “Baruxi” bazalarına qarşı həyata keçirilib.

Yeni qurulan və anonim İraq qrupu olan Səraya Əbabil Türkiyə hərbi bazasına hücumun “Bərx turizm mərkəzinə hücuma və iraqlıların şəhid olmasına cavab olaraq” həyata keçirildiyini açıqlayıb.

Bu qrup elan edib: “Səraya Əbabilin əməliyyatları türk işğalçılarının bazalarına, konkret olaraq Siri və Bəruxi bazalarına hücumla başlayacaq”. Səraya Əbabil daha sonra əlavə edib: “Allaha and olsun ki, damarlarımızda qan axdıqca İraqda heç bir Osmanlı hökuməti qurulmayacaq.”

Bu videoda bəzi hərbi geyimli şəxslərin Türkiyə bazalarına hücum etmək üçün pilotsuz təyyarə hazırladığı görünür.

Bu arada Türkiyənin İraqdakı bazalarına qarşı hücumlar intensivləşib

Ankaranın Müdafiə Nazirliyi bir neçə gün əvvəl verdiyi açıqlamada İraqda bir neçə müxtəlif əməliyyatlar nəticəsində iki türk əsgərinin şəhid olduğunu açıqlamışdı.

İraq mənbələri ötən həftə çərşənbə günü günortadan sonra türk qüvvələrinin İraqın şimalında təşkil etdiyi hücumda top gülləsinin Dohuk əyalətindəki kurort mərkəzinə dəydiyini və 9 turistin həyatını itirdiyini bildirib.

Bağdad hakimiyyəti hücumun türk qüvvələri tərəfindən həyata keçirildiyini və İraq vətəndaşlarının ölüm və yaralanmasına görə məsuliyyət daşıdığını israr etsə də, Türkiyə ölkə qüvvələrinin mülki şəxslərə hücum etmədiyini bildirir.

İraqın xarici işlər naziri “Fuad Hüseyn” “Əs-Suməriyyə” kanalına müsahibəsində deyib: “Türkiyə hökuməti ilə Fəhlə Partiyası (PKK) arasında problem yaranarsa, bu problem İraq ərazisinə sürüklənməməlidir.” “Bəzi iraqlı hərbi ekspertlər bu hücumun Türkiyədən olduğunu sübut ediblər.”

Bununla belə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı deyib: “Hərbi Hava Qüvvələrindən aldığımız məlumata görə, [İraqın Dohuk şəhərində] mülki şəxslərə qarşı hər hansı hücumumuz olmayıb.”

Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında İraq hakimiyyətinin bəyanatlarını rədd edib və hücumu PKK qruplaşmasının ünsürləri ilə əlaqələndirib.

Bu hücumdan sonra İraqın baş naziri Mustafa Əl-Kazimi verdiyi açıqlamada bu əməliyyatı Türkiyəyə aid edərkən vurğulayıb: “İraq bu təcavüzlərə cavab vermək hüququnu özündə saxlayır və bu ölkənin xalqını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × four =