İsti hava ilə bağl XƏBƏRDARLIQ: Bakıda hərarət 40 dərəcəyə çatacaq

İsti hava ilə bağl XƏBƏRDARLIQ: Bakıda hərarət 40 dərəcəyə çatacaq

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40, rayonlarda 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nin bəzi yerlərində 41-42, dağlarda isə 27-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3.8 dərəcə çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38.5, aran rayonlarında isə 40.3 dərəcəyə çatıb.

 “Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb”.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

15 + twenty =