İsti hava şəraitinin davam edəcəyi müddət açıqlandı

İsti hava şəraitinin davam edəcəyi müddət açıqlandı

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir.

BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi 18-dən 20-dək 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

five × 2 =