İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edildi

İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edildi

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, hadisə Salento kommunası sahillərində baş verib.

Qeyd edilir ki, gecə saatlarında Santa-Mariya-di-Leuka limanında 59 miqrantın olduğu kiçik gəmi aşkarlanıb. Onların xilas edilməsi ilə üçün yerli sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən əməliyyat başlayıb.

Miqrantlar arasında 44 kişi və 8 qadın, o cümlədən Azərbaycan, Suriya, Fələstin, İran və İraqdan olan yeddi azyaşlı var.

Miqrantlar ilk yoxlamalardan sonra identifikasiya prosedurlarından keçəcəklər. Onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İtaliya nümayəndəliyinin könüllüləri qəbul edəcək və sığınacağa yerləşdirəcəklər.

Hazırda qaçaqmalçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × 2 =