İtaliyada buzlaq uçqununda ölənlərin sayı 11-ə çatıb

İtaliyada buzlaq uçqununda ölənlərin sayı 11-ə çatıb

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Trend xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha bir nəfərin cəsədi çıxarılıb. Bununla da hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi uçqunun altından çıxarılıb.

Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ümumilikdə 11 nəfər ölüb, 8-i yaralanıb, itkin düşənlərin 8-i sağ tapılıb.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × three =