Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutuldu

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.

Qeyd olunur ki, iyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twelve − three =