Kamçatkada məktəblilərin olduğu helikopter vulkanın kalderasına məcburi eniş edib

Kamçatkada məktəblilərin olduğu helikopter vulkanın kalderasına məcburi eniş edib

Geyzerlər vadisindən ekskursiyaya uçan məktəblilərin olduğu Kamçatka Aviasiya Müəssisəsinin helikopteri Uzon vulkanının kalderasına məcburi eniş edib.

Bu barədə iyulun 8-də özünün “Telegram” kanalında regionun rəhbəri Vladimir Solodov məlumat verib.

Qubernator bildirib ki, hadisəyə səbəb hava nəqliyyatının texniki nasazlığı olub.

“Bu gün Geyzerlər vadisindən havaya qalxdıqdan sonra Kamçatka Aviasiya Müəssisəsinin helikopterlərindən biri texniki nasazlıq olduğunu qeyd etdi və pilot Uzon vulkanının kalderasına planlaşdırılmamış eniş etmək qərarına gəldi. Hadisə ilə bağlı texniki analiz aparılacaq”, – deyə o qeyd edib.

Məktəblilərdən heç birinin xəsarət almadığı bildirilir. Qubernatorun sözlərinə görə, sərnişinləri götürmək üçün müxtəlif vaxtlarda iki rezerv helikopter havaya qalxıb.

Hadisədən sonra Kamçatka regionunun rəhbəri helikopterin sahibi olan Kamçatka Aviasiya Müəssisəsinin bütün helikopterlərinin əlavə olaraq yoxlanılması barədə göstəriş verib.

Mənbə: İzvestiya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − 12 =