Keçmiş Şabak üzvü: İsraildə növbəti müharibə daxilidir

Keçmiş Şabak üzvü: İsraildə növbəti müharibə daxilidir

Sionist rejimin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının keçmiş üzvü işğal olunmuş Fələstində növbəti müharibənin daxili xarakter daşıyacağına işarə edərək, bu rejimin belə bir müharibəyə hazır olmadığını etiraf edib.

Sionist Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının (Şabak) keçmiş üzvü cümə axşamı səhəri bu rejim daxilində vətəndaş müharibəsinin baş verməsi ilə bağlı xəbərdarlıq edib.

İsrailin “İ-24” şəbəkəsi adı çəkilməyən bu məmura istinadən xəbər verir ki, ötən il baş tutan “Qüds qılıncı” əməliyyatı zamanı HƏMAS hərəkatı 11 gün ərzində raketləri ilə işğal olunmuş Fələstinin müxtəlif bölgələrini hədəfə alıb.

O, işğal altındakı Fələstində daxili partlayışların miqdarının əslində sürpriz olduğunu və Şabakın bu mövzuda əvvəlcədən heç bir məlumatının olmadığını ifadə edərək, Qüds Qılıncı ilə bağlı yayımlanan son hesabatda bunun “. İsrail hökumətinin öz sistemlərindəki uğursuzluğu.” kimi xatırlanmasının zəruriliyini vurğulayıb.

İşğal olunmuş Fələstinin yaxın gələcəkdə Qüds qılıncına bənzər ssenarinin şahidi olub-olmayacağına cavab olaraq bu sionist rəsmi etiraf edib: “Biz mütləq başqa bir müharibə və ya hücumla qarşılaşacağıq. Bu hücum və ya müharibə daxili səviyyədə olacaq.

Bu daxili qarşıdurmanın nə qədər güclü olacağını bilmədiyini deyən o, bu məsələyə aydınlıq gətirib: “Daxili arenanın alovlanacağı ehtimalı yüksəkdir. Onun gücü mütləq görünməmiş səviyyələrə çatacaqdır. İsrail iki arenaya [yerli və xarici] hazırdırmı? Məncə, yox.

Bununla əlaqədar olaraq Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə beş dəqiqədən az bir müddətdə 150 raketin sionist rejimini məhv edəcəyini vurğulayaraq, Qəzzənin bir neçə illik sui-qəsddən sonra, yenidən ayaqlandığını və “Cənin”in də müqavimət bayrağını qaldırdığını bildirib.

O, kompromislərin və Fələstin məsələsinə xəyanət edənlərin Əl-Əqsanın azad edilməsini çox uzaqda gördüklərini ifadə edərək dedi: Qəzza qurudan, havadan və dənizdən mühasirədədir, lakin Qüds qılıncı əməliyyatı İsraili geri oturtdu və biz döyüşə hazırıq.

Məscidül-Əqsada sionistlərə və mühacirlərə yer olmadığını vurğulayan bu HƏMAS rəsmisi deyib: “Davamlı olaraq Livandan mən sionistlərə deyirəm ki, sizin arzularınız əsla gerçəkləşməyəcək. Qüdsdə və Əqsada sizə yer yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

15 − thirteen =