Koalisiya qüvvələri atəşkəsin uzadılmasının ilk günlərində ikinci Yəmən tankerini ələ keçirib

Koalisiya qüvvələri atəşkəsin uzadılmasının ilk günlərində ikinci Yəmən tankerini ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın təcavüzkar qüvvələri atəşkəsin uzadılmasının ilk günündə benzin daşıyan ikinci Yəmən tankerini ələ keçirib.

Əl-Məsirə şəbəkəsinin məlumatına görə, Yəmən Neft Şirkəti bu gün (cümə axşamı) elan edib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın təcavüzkar qüvvələri atəşkəsin uzadılmasının ilk günündə bu razılaşmanın bir daha pozaraq bir benzin tankeri ələ keçiriblər.

Yəmən Neft Şirkətinin sözçüsü Əssam Yəhya Əl-Mütəvəkkil bununla bağlı deyib: Atəşkəsi yenidən pozaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi və ABŞ-ın dəstəklədiyi işğalçı koalisiya qüvvələri benzin daşıyan “Sea Hart” tankerini ələ keçirib.

Əl-Məsirə şəbəkəsi əlavə edib: Koalisiya qüvvələrinin bu hərəkəti BMT nümayəndəsinin Əl-Hədidə limanına müntəzəm olaraq yanacağın gəlməsini təmin etmək üçün maneələri aradan qaldırmaq və atəşkəs razılaşmasının müddəalarını tam şəkildə yerinə yetirmək öhdəliyindən sonra həyata keçirilib.

Bundan əvvəl Yəmən Neft Şirkətinin sözçüsü Əssam Əl-Mütavəkkil çərşənbə axşamı Səudiyyə koalisiyasının “Hari Prakash” adlı benzin yanacağı daşıyan gəmini ələ keçirdiyini açıqlamışdı.

O əlavə edib: Sözügedən gəminin Birləşmiş Millətlər Təşkilatından lisenziyası var və yoxlanılıb.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ötən çərşənbə axşamı günü Yəmənin Milli Qurtuluş Hökumətinin koalisiya qüvvələri ilə atəşkəsi 2 ay müddətinə uzadılması barədə razılığa gəldiyini açıqlayıb və əlavə edib: Bu razılaşma yanacaq tədarükü və müntəzəm olaraq yanacağın idxalını ehtiva edir.

Yəməndə təcavüzkar Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulan atəşkəs BMT-nin məsləhətləşmələrindən əvvəl bir dəfə uzadılıb. Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat Səudiyyə koalisiyasının dəfələrlə atəşkəsi pozması nəticəsində Yəməndə atəşkəsin demək olar ki, pozulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 + eleven =