Kremlin sensasion planı: “Slavyan ÜÇLÜYÜ” yaranır?

Kremlin sensasion planı: “Slavyan ÜÇLÜYÜ” yaranır?

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski məlumat yayıb.

“Bir çoxları əsas hadisələri həm Dövlət Dumasının, həm də Federasiya Şurasının iyulun 15-nə planlaşdırılan birgə iclası ilə əlaqələndirirlər. Lakin çoxları eyni şeyin martın əvvəlində baş verdiyini artıq unudub. Dövlət Dumasının və Federasiya Şurasının birgə iclasının olacağını böyük təntənə ilə elan etdilər və sonra hər şey bitdi. Daha sonra Lukaşenkonun gəlişi ilə bağlı oldu. Putin düşünürdü ki, nəhayət, onu böyük bir ittifaqa daxil edəcək, amma Lukaşenko həmişəki kimi davrandı” – politoloq qeyd edib.

Onun sözlərinə görə, Kreml Rusiya, Belarus və Ukraynanın birləşməsini elan edə bilər. Piontkovski hesab edir ki, Putin belə bir sənədi imzalamaq üçün Ukraynada vətən xaini elan edilən ölkənin sabiq prezidenti Viktor Yanukoviçdən istifadə edir.

“Axmaq ssenaridir, lakin qondarma ümumi dövlətin elan edilməsi reallığa çevrilə bilər. Üç böyük slavyan ölkəsinin prezidenti – Putin, Lukaşenko və Yanukoviç dövlətlərin birləşdirilməsi, yəni “Slavyan üçlüyü”nün yaranması barədə pakt imzalayacaqlar. Yanukoviç nəyəsə imza atacaq, Lukaşenko yenə susacaq, Putin isə səfərbər olmağa cəsarət etməyəcək” – Piontkovski əlavə edib.

Xatırladaq ki, 1991-ci ildə Belovej sazişini imzalamaqla SSRİ-nin sivil şəkildə dağıldığını rəsmiləşdirən Moskva-Minsk-Kiyev indi də “Üçlüy”ün bərpasına çalışır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × 2 =