Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb

Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb

Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb.

“Report” xəbər verir ki, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb.

“Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, – nazirliyin saytında bildirilir.

Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın itkin düşdüyü bildirilib.

Neft anbarında yanğın avqustun 5-də 25 min kubmetr neftin olduğu səkkiz çəndən birinə ildırım düşməsindən sonra başlayıb. Avqustun 7-də ikinci rezervuar partlayıb, üçüncü çənə ciddi ziyan dəyib, yanğın daha sonra dördüncü rezervuara keçib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

one × one =