Küveyt öz nazirini Tel-Əvivlə əlaqədə olduğu iddiası ilə məhkəməyə verib

Küveyt öz nazirini Tel-Əvivlə əlaqədə olduğu iddiası ilə məhkəməyə verib

Küveytin dövlət prokuroru bu ölkənin maliyyə nazirini sionist rejimlə əlaqəli bir əməkdaşı işdən çıxarmamaq ittihamı ilə nazirlər məhkəməsinə çağırdığını elan edib.

Küveytin Baş Prokuroru bu ölkənin maliyyə naziri “Əbdülvəhhab Ər-Rəşid”in işini Nazirlər Şurasının istintaq komitəsinə (məhkəməyə) göndərib ki, Londonda sionist rejimlə əlaqəli işləyən küveytli məmurun işdən çıxarılmaması ilə bağlı lazımi araşdırmalar aparılsın.

Bu hüquqi bildirişə görə, ittiham maliyyə nazirinin “işçinin Təel-Əvivlə əlaqəsini bilməsinə baxmayaraq” onu işdən çıxarmaqdan imtina etməsi ilə bağlıdır.

Dünən Küveytin “Əl-Caridə” qəzeti Ər-Rəşidə istinadən yazıb kionun işinin Nazirlər Məhkəməsinə göndərilməsi ilə bağlı ona rəsmi məlumat verilməyib. O, bildirib ki, müvafiq araşdırmaların aparılması üçün çağırılacağı təqdirdə, “inandırıcı sübutları” olarsa, müvafiq orqanlara təqdim edəcək.

 “Bu sahəyə aidiyyəti ilə irəli sürülən bütün ittihamları” rədd edən maliyyə naziri bunu “yalan və böhtan” kimi qiymətləndirib.

Küveyt dövləti sionist rejimə qarşı qəti mövqeyini saxlayır və istənilən səviyyədə normallaşmaya qarşıdır. Hökumət rəsmiləri və qurumları ilə yanaşı, hətta Küveytli idmançılar da İsrail rəqiblərini tanımaqdan və onlarla yarışmaqdan imtina edirlər.

Baxmayaraq ki, bir neçə gün əvvəl Bəhreynin Mədəniyyət və Qədim Əsərlər Departamentinin keçmiş rəhbəri “May bint Məhəmməd Ali-Xəlifə” Tel-Əviv rejiminin səfiri ilə görüşdə onun əlini sıxmaqdan imtina etdiyinə görə Bəhreyn kralını göstərişi ilə vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen − 9 =