“Lex” klubu “Qarabağ”la oyunlar öncəsi problemlə üzləşib

“Lex” klubu “Qarabağ”la oyunlar öncəsi problemlə üzləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa “Lex”i problemlə üzləşib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu haqda yerli mətbuatda bildirilib.

Qeyd edilib ki, Poznan təmsilçisi bir müddətdir danışıqlar apardığı futbolçuların transferini rəsmiləşdirə bilmir.

İddiaya görə, əsas problem maliyyə ilə bağlıdır. Klubun təklifi qarşı tərəfi qane etmədiyindən keçid baş tutmur.

“Lex” daha əvvəl Portuqaliyanın “Belenenseş” klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşsa da, oyunçu ilə müqavilə imzalamaq hələ də mümkün olmayıb. Polşa klubu portuqaliyalı futbolçuya 800 000 avro təklif edib. Yerli “Vitoriya” (Gimaraynş) isə Souza üçün “Belenenseş”ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib.

“Lex”in son olaraq Norveç “Rusenborq”unun mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

Qeyd edək ki, “Lex” “Qarabağ”la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × 2 =