Livanın “Sur” şəhərinin stadionunda “Salam Komandan” surudunun Livan versiyası ifa olunub-Video

Livanın “Sur” şəhərinin stadionunda “Salam Komandan” surudunun Livan versiyası ifa olunub-Video

Yüzlərlə livanlı ölkənin tarixi stadionlarından birinə gələrək “Salam Komandan” surudunun Livan versiyasını ifa ediblər.

Livan mənbələri “Salam Komandan” surudunun Livan versiyası olan “Ahədnak Imam Zəmani” mahnısının ifası barədə məlumat verirb.

 “Sədaz-zahiyə” saytının xəbərinə görə, bu surud dünən “Sur” (Qərbi Livan) şəhərinin qədim stadionunda bu ölkənin yüzlərlə insanın iştirakı ilə ifa olunub.

Livan mənbələri xəbər verir ki, bu surud İmam Mehdiyən (ə.f) həsr edilmiş “Salam Komandan” surudunun Livan versiyası kimi hazırlanıb.

Bu surudun hazırlanmasından əvvəl musiqi dərnəyinin rəhbəri Şeyx Nəzih Fəyyaz müsahibəsində belə demişdir:

 “Biz “Salam Komandan” surudu ilə sinxronluğa və onun emosional, mədəni və maarifləndirici təsirinə uyğun olaraq bu layihə üzərində işləməyə başladıq.

Bu mahnı qlobal simvola çevrilib. Digər tərəfdən, uşaqları, gəncləri və ümumən insanları müşayiət etmək üçün bu əsəri simulyasiya edən, bir-birini tamamlayan və ona uyğun gələn bir sənət əsəri yaratmağa çalışırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 − 4 =