Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib

Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib

Londonun Hitrou hava limanı yaxınlığında yanğın baş verib.

Trend-in məlumatına görə, tüstü səbəbindən təyyarələr başqa uçuş-enmə zolağından istifadə etmək məcburiyyətində qalıblar. Feltemdakı tarlada yanğını söndürmək üçün 100 yanğınsöndürən göndərilib. Yaxınlıqda yaşayan insanlara pəncərə və qapıları açmamaq tövsiyə olunub.

Hava limanı yanğının uçuşların gecikməsinə və ya ləğvinə səbəb olmadığını qeyd edib. Aeroport sözçüsü əlavə edib ki, yanğın hava limanının fəaliyyətinə təsir etməyib və uçuşlar qrafikə uyğun həyata keçirilir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two × three =