Mərakeşdə min hektar meşə yanıb, 1100 ailə təxliyə edilib

Mərakeşdə min hektar meşə yanıb, 1100 ailə təxliyə edilib

Mərakeşin şimalında 3 gündür davam edən meşə yanğınları nəticəsində 15 kənd və 1 100 ailə təxliyə edilib.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Mərakeşin Xarici İşlər Nazirliyi bildirib ki, iyulun 15-də Araiş şəhərində Mebika meşəliyindəki yanğın nəzarətə alınıb.

Məlumata görə, yanğınlar nəticəsində bir nəfər ölüb.

Yanğın min hektar meşə sahəsinin əhatə edib. Yanğının söndürülməsi üçün Mərakeş jandarm qüvvələrinə aid 7, silahlı qüvvələrin isə 4 təyyarəsi cəlb olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

18 − 3 =