Misir İxvanul-Müslimin hərəkatının 10 üzvü edam cəzasına məhkum edilib

Misir İxvanul-Müslimin hərəkatının 10 üzvü edam cəzasına məhkum edilib

Misir cinayət məhkəməsi İxvanul-Müslimin hərəkatının 10 üzvünə ölüm, daha 56 nəfərə isə ömürlük həbs cəzası verib.

Terrorla Mübarizə üzrə Birinci idarə olan Misir Cinayət Məhkəməsi bu gün (çərşənbə axşamı) hakim Məhəmməd Şirin Fəhminin sədrliyi ilə toplaşaraq “Helvan Batalyonları” işi ilə bağlı İxvanul-Müsliminin 10 üzvünə ölüm hökmü çıxarıb və 56 nəfərə də ömürlük həbs cəzası verib.

Əl-Yəvmus-Sabi saytının məlumatına görə, bu şəxslər 2015-ci il avqustun 14-dən fevralın 5-dək Qahirə və Giza əyalətlərində hərbi və polis qüvvələrinə hücum etmək, xalqı sıxışdırmaq və ictimai əmniyyətə zərbə vurmaq üçün silahlı qrup yaratmaqda ittiham olunurlar. Bu işlə bağlı 215 müttəhim var.

Məlumata görə, Ali Milli Təhlükəsizlik Prokurorluğu İxvanul-Müsliminin məhbus liderlərini həbsxana  daxilindən “Helvan batalyonları”na polis məntəqələrinə, ictimai obyektlərə və şəxsi mülklərə hücum etmək göstərişi verib.

Keçən ilin iyulunda ölkənin Ali məhkəmə orqanı olan Misir Apellyasiya Məhkəməsi İxvanul-Müslimin lideri Məhəmməd Bədii və hərəkatın daha 10 yüksək vəzifəli üzvünə ömürllük həbs cəzası verildiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − 9 =