Müsəlman soyqırımı törədən hərbi cani ölüm ayağında

Müsəlman soyqırımı törədən hərbi cani ölüm ayağında

Publika.az xəbər verir ki, bu barədə onun oğlu Darko Mladiç məlumat verib.

“O, ümumi zəiflik əlamətləri ilə həbsxana xəstəxanasına yerləşdirilib, ağciyərlərin soyuqlaması və ürəyin zəifləməsi aşkar edilib, ürəyində küy yaranıb”, – TASS onun sözlərindən sitat gətirib.

Kiçik Mladiç bildirib ki, hazırda müayinə davam edir.

“Vəziyyəti ağırdır, bizə söz verildi ki, ən geci bazar ertəsinə qədər nəticələri təqdim edəcəyik”, – deyə o bildirib.

Qeyd edık ki, R.Mladiç 22 noyabr 2017-ci ildə Haaqa Tribunalı tərəfindən soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.O, xüsusilə Srebrenitsada müsəlman əhalinin qətliamında və 10 min nəfərin ölümünə gətirib çıxaran Sarayevonun blokadısında ittiham olunur. Prokurorlar məhkəmə vaxtı iddia edirdilər ki, Mladiç şəxsən Srebrenitsada 10-65 yaş arası bütün müsəlman kişilərin məhv edilməsi əmrini verib.

İtaliyanın “La Repubblica” qəzeti 2010-cu ilin sentyabrında qeyd etmişdi ki, nəyin bahasına olursa olsun etnik təmizləmə Bosniya serb ordusunun liderinin ideyası olub və bu, həbsdən sonra ələ keçirilən 3500 səhifəlik gündəlik əlyazmalarında öz əksini tapıb. Xüsusilə, Mladiç gündəliklərində aşağıdakı qeydi buraxıb: “50 min müsəlmanı öldürsək heç nə qazanmayacağıq. Əsl prioritetimiz müsəlman əhalidən xilas olmaqdır (onları serb və xorvatlarla əvəzləyərək)”.

8 iyun 2021-ci ildə Haaqa Tribunalının apelyasiya palatası Mladiçin ömürlük həbs cəzasını qüvvədə saxlamışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two + two =