NASA astronavtların 2025-ci ilədək Aya eniş edəcəyi yerləri açıqlayıb

NASA astronavtların 2025-ci ilədək Aya eniş edəcəyi yerləri açıqlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Artemis” proqramı çərçivəsində astronavtların 2025-ci ilədək Ayın Cənub Qütbündə eniş edəcəyi 13 yerin siyahısını açıqlayıb.

“Report” NASA-nın saytına istinadən xəbər verir ki, “Starship HLS” raketinin mümkün eniş yerləri kimi Şeklton kraterinin yaxınlığındakı yüksəklik, Faustini kraterinin kənarı, De Herlax kraterinin iki kənarı, Şeklton və De Herlax kraterlərini birləşdirən dağ silsiləsi və ona bitişik ərazi, Hauort krateri, Nobile kraterinin kənarları, Amudsen kraterinin kənarı, Leybnits Beta platosu, De Derlax-Koher massivi və Malaperta massivi seçilib.

Ümumilikdə astronavtların Ay səthindəki missiyası 6 gün yarıma planlaşdırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × 3 =