Niderlandda təlim təyyarəsi gölə düşdü – Ölənlər var

Niderlandda təlim təyyarəsi gölə düşdü – Ölənlər var

Niderlandın şimalında təlim təyyarəsi gölə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Niderland Sahil Mühafizəsi açıqlama verib.

Açıqlamda təlim təyyarəsinin Amsterdamın şimal-şərqindəki Leystad hava limanından qalxdıqdan qısa müddət sonra Zvartemeer gölünə düşdüyü bildirilib.

Ölkə mətbuatında çıxan xəbərlərdə təyyarədə olan 63 yaşlı təlimatçı və 24 yaşlı tələbənin həyatını itirdiyi qeyd edilib.

Bildirilib ki, təcili yardım və yanğınsöndürənlər helikopter və qayıqlarla hadisə yerinə cəlb olunub.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × three =