Özbəkistan-Əfqanıstan sərhədində insident baş verib, ölən və yaralananlar var

Özbəkistan-Əfqanıstan sərhədində insident baş verib, ölən və yaralananlar var

Özbəkistan-Əfqanıstan sərhədində baş verən insident nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bundan əvvəl Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunları Özbəkistanın Surxandərya vilayətində Amudərya çayı üzərindəki Aral Payqambar adasının ərazisinə qanunsuz desant çıxaran Əfqanıstanın 24 vətəndaşını saxladıqları barədə məlumat yayıb. Sərhədi pozanlar həbsə müqavimət göstəriblər.

Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, avqustun 22-də Əfqanıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının səlahiyyətli nümayəndələri iki ölkənin sərhədində mövcud vəziyyətlə bağlı danışıqlar aparıblar.

“Özbəkistan ölənlərin ailələrinə başsağlığı verir, altı yaralıya bütün lazımi tibbi yardım göstərir və saxlanılanların vətənlərinə qayıtmaları üçün hazırlıq prosedurunu başa çatdırır”, – XİN-in bəyanatında deyilir.

Görüş zamanı hər iki tərəf ərazidə gərginliyə səbəb olan fərdi qayda pozuntularına yol verdiklərini etiraf edib.

“Hazırda insidentlə bağlı hərtərəfli araşdırma aparılır. Hər iki tərəf sülhə və bütün mövcud məsələlərin bir-birinin maraqlarının nəzərə alınması və qarşılıqlı hörmət əsasında həllinə qəti sadiq olduqlarını bir daha təsdiqləyiblər”, – XİN əlavə edib.

Xatırladaq ki, insidentə səbəb Özbəkistanın sərhəd zonasında külli miqdarda bitən biyan kökünün qanunsuz çıxarılması olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eleven − six =