Pakistandan Hindistana ÇAĞIRIŞ: KƏŞMİR PROBLEMİNİ…

Pakistandan Hindistana ÇAĞIRIŞ: KƏŞMİR PROBLEMİNİ…

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla dialoq yolu ilə davamlı sülh istədiklərini və müharibənin hər iki ölkə üçün doğru seçim olmadığını bildirib.

Publika.az xəbər verir ki, baş nazir qeyd edib ki, Cənubi Asiyada uzunmüddətli sülh Cammu Kəşmir probleminin Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və Kəşmir xalqının istəkləri əsasında həllinə bağlıdır.

Eyni zamanda Çin-Pakistan münasibətlərinə toxunan Şərif Pekinin İslamabadın xarici siyasətinin təməl daşlarından biri olduğunu və Çin-Pakistan İqtisadi Dəhlizi ilə əlaqələrin yeni ölçü qazandığını qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × 1 =