Paris Olimpiya Oyunlarının proqramı açıqlandı

Paris Olimpiya Oyunlarının proqramı açıqlandı

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsi yarışların proqramını açıqlayıb.

Publika.az xəbər verir ki, yarışların tarixi və açılış vaxtı bazar ertəsi günü təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub.

İlk qızıl medallar iyulun 27-də oynanılacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeybordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıqda mübarizə aparacaqlar. Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.

Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bu arada idman tədbirinin devizi də məlum olub – “Gəlin Oyunları geniş açaq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 × 3 =