Pekin Şərqi Türküstanın tarixinə də ƏL UZADIR

Pekin Şərqi Türküstanın tarixinə də ƏL UZADIR

Publika.az xəbər verir ki, bu barədə “Kırım” informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd olnur ki, çinli turistin lentə aldığı abidənin Şərqi Türküstanın Kumul vilayətinin tarixi Qara Şəhər bölgəsində ziyarətgah olduğu aydın olub. Tarixi türbənin həm xarici, həm də daxili arxitekturasının dağıdıldığı açıq-aşkar görünür.

“Kırım”ın məlumatında daha sonra deyilir:

“Çin rejiminin Şərqi Türküstanda müsəlman türk xalqına qarşı törətdiyi zülm və assimilyasiya siyasəti davam etdiyi zaman dini inanclara da əl uzadılır. Son beş ildə Şərqi Türküstanda 10 mindən çox məscid və məbəd dağıdılıb, ya da ciddi şəkildə zədələnib. Avstraliya Strateji Siyasət İnstitutunun Kiber Siyasət İnstitutu ilə birlikdə hazırladığı hesabatda peyk görüntülərindən istifadə edilərək Şərqi Türküstanda minlərlə məscid və türbənin dağıdıldığı ortaya çıxıb. Eyni zamanda alimlər tərəfindən hazırlanan hesabatda Çin hakimiyyəti tərəfindən bölgədəki məscid, türbə, qəbiristanlıq və digər dini yerlərin 30 faizinin dağıdıldığı, 28 faizinə isə ziyan vurulduğu üzə çıxarılıb”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × three =