“PELOSİ BÖHRANI”: Çin lideri Özbəkistanda Putinlə görüşmək istəyir

“PELOSİ BÖHRANI”: Çin lideri Özbəkistanda Putinlə görüşmək istəyir

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Si Cinpinin Putinlə görüş qərarına səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub.

“Cinpinin Səmərqəndə səfəri onun Qərbin Çini cilovlamaq cəhdlərinə qarşı çıxmaq üçün ABŞ-ın müttəfiqi olmayan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini təsdiqləyir”, – məlumatda deyilir.

Həmçinin, Si Cinpin ŞƏT sammiti çərçivəsində Pakistan, Hindistan və Türkiyə liderləri ilə görüşlər keçirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti 2022-ci il sentyabrın 15-16-da keçiriləcək. Bu sammit İranın 2021-ci ilin sentyabrında təşkilata tamhüquqlu iştirakçı kimi qoşulmasından sonra ilk sammitdir.

Bura ŞƏT-ə üzv dövlətlər, yəni Özbəkistan, Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və İran daxildir. Əfqanıstan, Monqolustan və Belarus təşkilatda müşahidəçi, Türkiyə isə dialoq tərəfdaşı kimi iştirak edir.

Daha əvvəl Vladimir Putin və Aleksandr Lukaşenko Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistana gələcəklərini açıqlamışdılar.

Pblika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven + 12 =