Putinin nüvə başlıqlı “İskəndər”i Pentaqonu narahat edib – “The Hill” qəzeti

Putinin nüvə başlıqlı “İskəndər”i Pentaqonu narahat edib – “The Hill” qəzeti

Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzetinin icmalçısı Ellen Mitçel yazır.

“Putinin bəyanatı belə səslənirdi: “Ey, biz onlara “İskəndər”lər verəcəyik” (yeri gəlmişkən, onlar nüvə silahı daşıya bilərlər). Və hamı buna çox ciddi yanaşır”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, V.Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə Minskə nüvə başlığı daşıyan raketlərin ötürülməsindən danışmayıb: söhbət texniki cəhətdən müxtəlif silah növlərini daşımağa qadir olan komplekslərdən gedir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi ehtimalını şərh edərkən bildirib ki, bu addım Vaşinqtonun və bütün NATO-nun narahatlığına səbəb olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × 3 =