“Qarabağ” Almaniya klubu ilə oyunda heç-heçə edib

“Qarabağ” Almaniya klubu ilə oyunda heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın bu günə nəzərdə tutulan 2 yoxlama matçından biri başa çatıb.

“Report”un məlumatına görə, “köhlən atlar” günün ilk oyununda Almaniyanın “Holştayn Kiel” komandası ilə üz-üzə gələcək. “St. Ulrix” stadionunda baş tutmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk yarıda “Qarabağ” Ramil Şeydayevin 29-cu və penalti ilə 44-cü dəqiqələrdə vurduğu qollarla önə çıxıb. Lakin fasilədən sonra “Holştayn” bərabərliyi təmin edib.

Qeyd edək ki, toplanışın və günün son matçında rəqib Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. “Yenbax” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

“Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” komandasını darmadağın edib – 4:0.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 + 13 =