“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya futbolçunun özü məlumat verib.

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunub.

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyuna 27 qol vurub. Ötən il isə o, “Trabzonspor”a transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 × 1 =