“Qarabağ”ın futbolçusu Qaspar Panadero yenidən vətəni İspaniyada çıxış edə bilər.

“Qarabağ”ın futbolçusu Qaspar Panadero yenidən vətəni İspaniyada çıxış edə bilər.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Sequnda təmsilçiləri – “Kartaxena”, “Albasete”, “Burqos” və “Luqo”nun maraq dairəsinə düşüb.

Ağdam klubunun futbolçunu yenidən icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, Qaspar Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub. Ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirmiş vingerin “köhlən atlar”la 2024-cü ilin yayınadək müqaviləsi var.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fourteen + 9 =