Qüds batalyonlarının raket gücü ilə bağlı xəbərdarlıq: Qüds qubernatoru ev dustaqlığında

Qüds batalyonlarının raket gücü ilə bağlı xəbərdarlıq: Qüds qubernatoru ev dustaqlığında

Sionist rejim polisi bir neçə gün əvvəl həbs edilən Qüds qbernatoru Adnan Qeytsi təcridxanadan azad edərək ev dustağı edib.

Fələstin mətbuatının məlumatına görə, İsrail polisi bir neçə gün əvvəl həbs edilən Qüds qubernatoru Adnan Qeysi təcridxanadan azad edərək ev dustağı edib.

Buna əsasən, Qeys ev dustaqlığında olacaq və əlavə olaraq o, 25 min şekel (sionist rejimin pul vahidi) ödəməyə məhkum edilib.

Sionist mənbələri bu gün yaydıqları xəbərdə İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Batalyonlarının 3000-dən çox raket atmağa hazırlaşdıqları barədə xəbərdarlıq ediblər.

İbrani mənbələri bu hesabatın davamında kəşfiyyat məlumatlarına görə İslami Cihad hərəkatının hərbi qanadının son 3 gündə yeraltı anbarlarından 3200 raket çıxarmağa və sionist rejimlə müharibə olacağı təqdirdə işğal altındakı torpaqlara atılmaq üçün hazırlamağa müvəffəq olduğunu açıqlayıb.

Bu mənbələr bu raketlərin bir hissəsinin uzaq, digərlərinin isə qısa mənzilli olduğunu və Qəzza ətrafındakı sionist yaşayış məntəqələrini əhatə edəcəyini bildiriblər.

Bildirilir ki, İslami Cihad hərəkatının hərbi qanadının ixtiyarında 20 mindən çox raket var və bu raketləri yeraltı anbarlarında saxlayıb.

Müqavimət qrupları bu yaxınlarda İordan çayının qərb sahilində İslami Cihadın liderlərindən Bəssam Əs-Sədinin həbsindən sonra bu hərəkətinin nəticələri barədə sionist rejimi xəbərdar etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twenty − fourteen =