Qüvvələr balansı Berlinin zərərinə dəyişir? – Şolts hərəkətə keçdi

Qüvvələr balansı Berlinin zərərinə dəyişir? – Şolts hərəkətə keçdi

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Şolts “zəngin Qərb müttəfiqlərindən əlavə vəsait təmin etmək üçün Aİ ölkələrinin güc bloklarının yaradılmasının qeyri-mümkünlüyünə təminat vermək” üçün səsvermə sistemini dəyişmək istəyir.

Kansler veto hüququndan da azad olmaq istəyir. Diplomatik mənbənin məlumatına görə, Şolta Brüsseldə Avropa liderləri ilə son görüşündə bu məsələni qaldırıb.

Aİ-də mövcud səsvermə sisteminə əsasən, səs verən ölkələrin sayı və onların əhalisi nəzərə alınır. Bu halda Ukrayna Aİ Şurasında 9 faiz səs alacaq. Polşa ilə səslərə qoşulmaqla bu ölkələr Almaniyadan “daha ​​güclü” ola bilərlər. Mərkəzi və Şərqi Avropa ölkələri bu tandemə qoşulsa, o zaman bu blok Fransa və Almaniyadan daha güclü olacaq.

Bundan əvvəl Aİ sammitində Ukrayna və Moldovaya namizəd statusunun verilməsi barədə razılıq əldə olunub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

7 + 17 =