Rusiyanın Ermənistandakı poliqonunda yanğın baş verib

Rusiyanın Ermənistandakı poliqonunda yanğın baş verib

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasının ərazisində yanğın baş verib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ərazidə tikinti materialları anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 nəfər canlı qüvvəsi hadisə yerinə yola düşüb.

Yanğının ikinci səviyyəsi elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki döyüş heyəti yola düşüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eleven + 16 =